Now Reading:
Azərbaycanın qızıl ehtiyatı tamamən tükənib? – WGC AÇIQLADI
Full Article 1 minutes read

Azərbaycanın qızıl ehtiyatı tamamən tükənib? – WGC AÇIQLADI



AZ24saat.org saytı xəbər verir ki, 7 dekabrda World Gold Council (Ümumdünya Qızıl Şurası) 2017-ci ilin III rübündə ölkələrin qızıl ehtiyatlarını açıqlayıb.

Sıralamada ilk yeri ABŞ (8133,5 ton), ikinci yeri Almaniya (3373,7 ), üçüncü yeri isə İtaliya (2451,8) tutub. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun qızıl ehtiyatları İtaliyanın ehtiyatlarını qabaqlayıb.

Maraqlıdır ki, 2016-cı ilədək WGC-nin məlumat bazasında Azərbaycanın adı olsa da, həmin ilin ikinci rübündən etibarən şura ölkəmizə aid statistika yayımlanmır.

Xatırladaq ki, buna qədər Azərbaycanın qızıl rezervi 2012-ci il üçün 8 ton, 2013-cü il üçün 20 ton, 2014 və 2015-ci illər üçün 30.2 ton və nəhayət 2016-cı il üçün yenidən azalaraq 20 ton olaraq qeyd edilib.

AZ24saat.ORG saytının əldə etdiyi məlumata görə, buna səbəb sonuncu devalivasiyadan sonra Azərbaycanın qızıl ehtiyatlarının sürətlə əriməsi səbəb olub. Mətbuatda ara-sıra yayılan xəbərlərə görə, Azərbaycanın qızıl ehtiyatları tamamilə azalaraq yox səviyyəsinə endiyindən, hakimiyyət beynəlxalq təşkilatlara qızıl rezervi barədə məlumat verməkdən imtina edib.

Qızıl ehtiyatı - İLLƏRƏ GÖRƏ - İNTERAKTİV

AZ24saat.ORG

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.