Now Reading:
Azərbaycanın həndbol komandaları dünya reytinqindən kənarda qaldı
Full Article 40 second read


Beynəlxalq Həndbol Federasiyası yeni reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan heç bir cədvəldə yer almayıb.

Belə ki, ölkəmizin adı qadınlar, kişilər, gənclər və yeniyetmələrin siyahısında yoxdu. Buna səbəb komandalarımızın son dünya çempionatlarının seçmə mərhələsinə qatılmamasıdı.

Belə ki, kişilərdən ibarət komandamızın tarixi ərzində qatılmadığı mundialın seçməsində qadınlardan ibarət millimiz sonuncu dəfə 2015-də oynayıb v həmin vaxtda qrupda qalıb.

Aşağı yaş qrupuna gəlincə, yalnız gənc qızlardan ibarət həndbolçularımız DÇ-2001-də oynayıb. Yeniyetmələr kimi, nə U-17, nə U-18, nə də U-19 komandalarımız mundialda seçmə mərhələ sevinci yaşamayıblar.

Qeyd edək ki, hər cədvələ 50 ölkə salınıb. Bu, siyahıda sonuncuların 1 xalı olması ilə bağlıdı. Yerdə qalan ölkələr isə Azərbaycan kimi 0 xal həddini aşa bilmirlər.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.