Now Reading:
Azərbaycanda selfi çəkən 18 yaşlı qız faciəvi şəkildə ölüb
Full Article 30 second read

Azərbaycanda selfi çəkən 18 yaşlı qız faciəvi şəkildə ölüb



Astara rayon sakini, Azərbaycan küçəsi, ev 57 ünvanında yaşayan 18 yaşlı Musazadə Elida İntiqam qızı ehtiyatsızlıq üzündən 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

24saat.org-un Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saat 20:30 radələrində, Heydər Əliyev prospektindəki yaşayış binasında baş verib.

Həmin ünvanda yaşayan bacısıgilə qonaq gələn Elida Musazadə balkonda selfi çəkdirərkən ehtiyatsızlıqdan balkondan yıxılıb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.