Now Reading:
Azərbaycanda nişanlı müəllim qaçırıldı
Full Article 30 second read


Bərdə rayonunda müəllim zorla qaçırılıb.

az24saat.org xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, qız rayonun Hacıalılı kənd məktəbinin riyaziyyat müəllimi, Bərdə sakini Zeynalov Tural İlham oğlu tərəfindən qaçırılıb.

Məktəbdən bildirilib ki, qaçırılan qız Goranboy rayon sakinidir, Hacıalılı məktəbinə Təhsil Nazirliyinin göndərişi ilə işləməyə gəlib.

Hadisə ilə bağlı məktəb rəhbərliyi Bərdə rayon Polis Şöbəsinə və qaçırılan qızın ailəsinə məlumat verib.

Qızın başqasına nişanlı olduğu, zorla qaçırıldığı bildirilir.

Hazırda rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.