Now Reading:
Azərbaycanda itkin düşən rusiyalı alim barəsində yeni xəbər var
Full Article 30 second read


Rusiya mətbuatı Rusiya Elmlər Akademiyasının Astronomiya İnstitutunun əməkdaşı Dmitri Çulkovun yanvarın 5-də Azərbaycanda itkin düşməsi barədə məlumat yaymışdı.
Rusiyanın Azərbaycandakı səfirliyindən Bizimyol.info saytına verilən məlumata görə, Rusiya vətəndaşı Dmitri Çulkov artıq ölkəsinə qaytarılıb və o artıq Rusiya ərazisindədir.

Cəbhə bölgəsində yerləşən Göygöl rayonu ərazisindəki hərbi hissələrdən birinə yaxınlaşan Dmitri Çulkov qadağan olunmuş əraziyə daxil olub fotoşəkillər çəkdiyinə görə, rayon məhkəməsinin qərarı ilə 10 sutka həbs cəzası almışdı. Dmitri Çulkovun səhvini başa düşdüyü və üzr istədiyi bildirilir.
İlhamə

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.