Now Reading:
Azərbaycanda general vəfat etdi
Full Article 2 minutes read

Azərbaycan Respublikası Ali Məhkəməsinin keçmiş hakimi, Ədliyyə general-mayoru Oqtay Maqsud oğlu Maqsudov vəfat edib.

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

“Ölkə.Az” xəbər verir ki, Əməkdar hüquqşünas olan Oqtay Maqsudov 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Oqtay Maqsud oğlu Maqsudov 31 oktyabr 1937-ci ildə Göyçay şəhərində görkəmli ziyali Maqsud Maqsudovun ailəsində anadan olub. Oqtay Maqsudov 1954-cü ildə orta məktəbi bitirib, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) daxil olub. 1962-ci ildə universiteti bitirərək, təyinatla Azərbaycan Respublikasi Ali Məhkəməsinə göndərilib. Azərbaycan və rus dillərini mükəmməl bilən Oqtay Maqsudov Ali Məhkəmədə tərcüməçi vəzifəsinə işə qəbul edilib.

1964-cu ildə prokurorluq sisteminə qəbul olunan O. Maqsudov Xətai rayon prokurorluğunun müstəntiqi təyin olunub. 1966-cı ildən 1973-cü ilədək Azərbaycan Respublikasi Ali Soveti Rəyasət Heyətinin hüquq şöbəsində məsləhətçi, daha sonra baş məsləhətçi vəzifələrində çalışıb.

1973-1984-cü illərdə isə Əzizbəyov rayonu Xalq Məhkəməsinin hakimi, Xalq Məhkəməsinin sədri vəzifələrində işləyib. 1984-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinə uzv seçilib. 1994-cü ilin iyulunda Ali Məhkəmənin növbədənkənar Plenumunun qərarı ilə ona hərbi kollegiyanın sədri vəzifəsinin icrası tapşırılıb. 12 sentyabr 1995-ci ildə AR Ali Məhkəməsinin sədr müavini, hərbi kollegiyanin sədri vəzifəsinə seçilib.

2000-ci ildən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi işləyib. 2010-cu il iyulun 2-də Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq təntənəli təqaüdə yola salınıb. Əməkdar hüquqşünas olub. 1984-cü ildə əməkdə fərqlənməyə görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Fəxri Fərman”la təltif olunub. 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Oqtay Maqsudova Ədliyyə general-mayoru rütbəsi verilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.