Advertisements
24 saat

Azərbaycanda dizel bahalaşa bilər


Bahalaşma dalğasının yanacaqdan da yan keçməyəcəyi iddia olunur

Azərbaycanda yanacağın bahalaşacağı barədə iddialar irəli sürülür.

24saat.org xəbər verir ki, deputat Vahid Əhmədovun tütün məmulatları və siqaretin bahalaşacağı barədə açıqlamasından sonra sosial şəbəkələrdə bahalaşmanın daha geniş miqyaslı olacağı barədə müzakirələr açılıb. Müzakirələrdə xüsusilə dizel yanacağının bahalaşacağı iddia olunub.

24saat.org-a da bu istiqamətdə məlumatlar daxi olub. İddia olunur ki, maliyyə böhranı hökuməti getdikcə çətinə salır. Ona görə də hakimiyyət kluarlarında qiymətlərə yenidən baxılmasl təklifi ilə çıxış edənlər olub. Bu təklifin reallaşacağı, yaxud hökumətin bu riskli addımı atmayacağı sual altındadır.

Yəni, hələlik qəti qərarın olmadığı bildirilir. Ehtimal olunur ki, yanacağın bahalaşacağı barədə sosial şəbəkələrdə irəli sürülən iddialar nəbz yoxlaması da ola bilər.

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: