Now Reading:
Azərbaycanda bir həftə iş olmayacaq
Full Article 40 second read


Bu il Novruz bayramı ilə bağlı qeyri-iş günləri məlum olub.

Yenicag.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-cı ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramıdır.

Əmək Məcəlləsinə əsasən, 24 mart şənbə, yəni həftələrarası istirahət günü iş günü hesab olunmayan bayram gününə düşdüyü üçün 26 mart qeyri-iş günü olacaq. Beləliklə, bu il Novruz bayramında bir həftə qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 20 dekabr tarixli 18 nömrəli qərarı ilə 2018-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib. Qərara əsasən beşgünlük iş həftəsində 26 mart istirahət günüdür.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.