Now Reading:
Azərbaycana idxal olunacaq nüvə reaktorları gömrük rüsumundan azad edilib
Full Article 40 second read


Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən nüvə reaktorları, nüvə reaktorları üçün şüalanmamış istilikayırıcı elementlər (tvellər), izotopların ayrılması üçün avadanlıq və qurğular idxal gömrük rüsumundan azad edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən nüvə reaktorları, nüvə reaktorları üçün şüalanmamış istilikayırıcı elementlər (tvellər), izotopların ayrılması üçün avadanlıq və qurğulara 0,50 faiz idxal gömrük rüsumunun tətbiqi nəzərdə tutulub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.