Now Reading:
Azərbaycana güclü dolu yağdı
Full Article 40 second read

Azərbaycana güclü dolu yağdı



Şəmkir rayonunun Çənlibel kəndinə güclü dolu yağıb. ANS-in məlumatına görə, təxminən 20 dəqiqə bundan əvvəl başlayan dolu 10 dəqiqəyə yaxın davam edib.

Dolunun diametri 3 sm-ə yaxın olub. Xoşbəxtlikdən kənd sakinlərinə, evlərə və maşınlara ciddi ziyan dəyməyib.

Ümumiyyəllə, Çənlibel kəndində əvvəllər dolu çox az hallarda müşahidə edilib. Lakin bu il kəndə dördüncü dəfədir ki, güclü dolu yağır. Bunun nəticəsində kənd sakinlərinin əkin sahələrinə zərər dəyib.

Ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəratinin həksin dəyişəcəyini, Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənildiyini, leysan xarakterli olacağı, dolu düşəcəyini bildirmişdi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.