Now Reading:
Azərbaycan yeni festivala qatılır
Full Article 50 second read

Azərbaycan yeni festivala qatılır



Azərbaycan bu il II Beynəlxalq Fişəng festivalında iştirak edəcək. Festival 23-24 iyul tarixində Moskvada keçiriləcək.

Bu il iştirakçıların çıxışları kinematoqrafiyaya həsr olunacaq. Festivalda 25 tondan çox pirotexniki vasitələrdən istifadə etmək planlaşdırılır. Builki “ən yaxşı pirotexniki komanda” adı uğrunda Azərbaycan, Qazaxıstan, Çin, Malta,Portuqaliya, Rusiya, Fransa və Estoniyadan gətirilən fişənglər yarışacaq.

Festivalda 25 ton pirotexniki vasitələrdən istifadə etməklə 50 mindən çox şou göstəriləcək. Fişənglərin hündürlüyü 300 metrədək olmalıdır.

Birinci Beynəlxalq Atəşfəşanlıq festivalı ötən ilin avqustunda Moskvada keçirilib. Moskva çayının kənarında start alan I Beynəlxalq Pirotexnika festivalı paytaxt sakinlərinə unudulmaz anlar yaşadıb.
Festivalda Belarus, Çex Respublikası, İtaliya, İspaniya, Finlandiya, Çin, Çilivə ev sahibi Rusiya bir-birindən maraqlı atəşfəşanlıq şouları ilə yadda qalıb. Hər gün 4 komandanın musiqi sədaları altında nümayiş etdirdiyi atəşfəşanlıqların Moskva çayının sularına da əks olunması yarışmaya ayrı bir gözəllik verib.

İki gün davam edən festivalda ümumilikdə 30 min pirotexniki vasitədən istifadə edilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.