Now Reading:
Azərbaycan üçün OPEK-dən pis xəbər
Full Article 40 second read


OPEK 2017-ci ilin yekunlarına əsasən, Azərbaycanda neft hasilatının ötən illə müqayisədə sutkada 0,05 milyon barrel azalacağını gözləyir.
Bu barədə təşkilatın aylıq hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, bu il Azərbaycanda neft hasilatı sutkada 0,8 milyon barrel təşkil edəcək. 2018-ci ildə hasilat daha 0,04 milyon barrel/sutka azalacaq və orta hesabla sutkada 0,76 milyon barrel təşkil edəcək.

Əvvəlki hesabatda OPEK neft hasilatının 2017 və 2018-ci illərdə müvafiq olaraq 0,06 milyon barrel və 0,05 milyon barrel azalacağını proqnozlaşdırırdı.
Hesabata əsasən, oktyabr ayında Azərbaycanda orta sutkalıq neft hasilatı 0,81 milyon barrel olub ki, bu da sentyabr ayının göstəricisindən 0,01 milyon barrel yüksək, ötən ilin oktyabr ayı ilə müqayisədə isə 0,03 milyon barrel aşağıdır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.