Now Reading:
Azərbaycan Türkiyəyə 5 milyard dollar yatırıb
Full Article 40 second read

Azərbaycan Türkiyəyə 5 milyard dollar yatırıb



Türkiyəyə xarici sərmayələrin həcmi 2 dəfə azalıb.

Məlumatda qeyd edilir ki, 2016-ci ildə xarici investisiyaların həcmi 6.8 milyard dollar təşkil edib. Halbuki, 2015-ci ildə bu rəqəm 12.07 milyard dollar olub.

Azərbaycan Türkiyəyə sərmayə qoyanlar arasında 12-ci yerdə qərarlaşıb.  2016-ci ildə bizim ölkədən Türkiyəyə 652 milyon dollarlıq yatırım edilib. Ondan əvvəlki illə müqayisədə  azərbaycanlı iş adamlarının qoyduqları sərmayələrin həcmi 22.2 faiz azalıb.

2010-2016-cı illər ərzində Azərbaycandan Türkiyəyə edilən investisiyalar 5 milyard dollar civarında olub.

Qonşu ölkənin iqtisadiyyatına ən çox yatırım edən şirkətlər Hollandıyadır. Son 6 ildə bu ölkənin sərmayəsi  22.08 milyard dollar təşkil edib. (gununsesi.info)

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.