Now Reading:
Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşündə Bakı Bəyannaməsi imzalanıb
Full Article 40 second read


Bakıda Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Məhəmməd Cavad Zərifin üçtərəfli görüşü keçirilib.

Nazirlərin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.

Üçtərəfli görüşdən əvvəl nazirlərin təkbətək görüşləri keçirilib.

Qeyd edək ki, bu, nazirlərin 5-ci üçtərəfli görüşüdür.

Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlunun iştirakı ilə Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşü başlayıb.

Nazirlər Azərbaycan, İran və Türkiyə arasında üçtərəfli formatda əlaqələrin genişləndirilməsini, beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.

Görüşün yekununa dair Bakı Bəyannaməsinin qəbul ediləcəyi gözlənilir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.