Now Reading:
Azərbaycan Qaz İxrac edən Ölkələr Forumuna üzv ola bilər
Full Article 40 second read


Azərbaycan, Qazaxıstan və İraq Qaz İxrac edən Ölkələr Forumunun tamhüquqlu üzvləri ola bilərlər.

Oxu.az xəbər verir ki, bu barədə forumun baş katibi Yuri Sentyurin KİV-ə müsahibəsində deyib: “İraq, Qazaxıstan və Azərbaycanın GECF-in tamhüquqlu üzvü olması yaxşı imkanlar yaradır. Hazırda qurumda müşahidəçi üzv olan ölkələrlə danışıqlar aparılır”.

Azərbaycan Qaz İxrac edən Ölkələrin Forumuna daxil olan dövlətlərin nazirlərinin 2015-ci ildə keçirilmiş 17-ci iclasında yekdilliklə təşkilata müşahidəçi qismində qəbul edilib. Forumun 12 əsas – Əlcəzair, Boliviya, Misir, Ekvatorial Qvineya, İran, Liviya, Nigeriya, Qətər, Rusiya, Trinidad və Tobaqo, Venesuela və BƏƏ, eləcə də yeddi müşahidəçi – Azərbaycan, Qazaxıstan, Niderland, Norveç, İraq, Oman və Peru üzvü var.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.