Now Reading:
Azərbaycan neftinin qiyməti yenə 70 dolları ötdü
Full Article 30 second read


Dünya birjalarında neftin qiyməti bahalaşır.
az24saat.org-un məlumatına görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,34 dollar bahalaşaraq 69,16 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti isə 0,49 dollar artaraq 63,45 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti də 0,58 dollar və yaxud 0,83% artıb.

Beləliklə, “Azeri LT CIF” markalı neftin qiyməti 70,44 dollar/barelə bərabər olub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.