Now Reading:
Azərbaycan neftinin qiyməti 70 dollara yaxınlaşır
Full Article 40 second read


Dünya birjalarında neft bahalaşmaqdadır.

az24saat.org bildirir ki, Londonun İCE əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində Brent markalı neftin qiyməti 1 barelə görə 0,46% artaraq 68,15 dollar təşkil edib.

Beləliklə, Brent markalı neftin 1 barelinin qiyməti 2015-ci il, mayın 13-dən etibarən ilk dəfə olaraq 68 dolları ötüb.

WTI neftinin qiyməti isə 1 barelə görə 0,80% artaraq 62,12 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftə gəlincə, onun 1 barelinin qiyməti 1,3 dollar və yaxud 1,90% artıb.

Beləliklə, “Azeri LT CIF” markalı neftin qiyməti 69,89 dollar/barelə bərabər olub.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.