Now Reading:
Azərbaycan meyvə-tərəvəz sahəsində hələ də idxaldan asılıdır
Full Article 2 minutes read

Azərbaycan meyvə-tərəvəz sahəsində hələ də idxaldan asılıdır

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Vahid Məhərrəmov: “Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam ödəməyi demək reallıqdan uzaqdır”

Bu gün Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində görüş keçirilib. Rusiyanın Federal Gömrük Xidməti ilə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin nümayəndə heyəti də orada iştirak edib.

Rusiya nümayəndə heyətinin səfərində məqsəd Rusiyaya meyvə-tərəvəz məhsullarının ixracıyla bağlı məsələləri müzakirə etmək olub. Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev bildirib ki, son bir il ərzində Azərbaycana alma idxal edilməyib və ölkədə istehsal olunan almanın bir qismi ixraca yönəlib. S. Babayev vurğulayıb ki, bu gün Azərbaycan Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam olaraq ödəmək qabiliyyətindir.

İqtisadçı-ekspert Vahid Məhərrəmov Azərbaycanın Rusiyanın meyvə-tərəvəzə olan tələbatını tam ödəmək barədə deyilənləri əsassız hesab edir. Ekspert bu açıqlamanın mövcud resurs imkanlarıının, potensialların hesablanmadan verildiyini, bununla nəyəsə nail olmaq mənzərəsi yaradıldığını söyləyir:

“Xaricdən gələn ekspertlər bizimlə söhbətlərdə məmurlarımızın reallığı bilmədiklərini, ona görə də statistik rəqəmləri şişirdiklərini deyirlər. Real vəziyyət isə əslində, tam başqadır. Rusiyanın meyvə-tərəvəzə olan tələbatını bizim ödəməyimiz mümkün deyil. Bizim illik istehsalımız 2 milyon 400 min tondur. Amma Rusiyada adambaşına müəyyən edilmiş beynəlxalq normaya görə illik istehsal 36 milyon tondur. Azərbaycan özünün meyvə-tərəvəzə olan tələbatının müəyyən faizini hələ də idxal hesabına təmin edir. Ölkədə əhalini təmin edəcək qədər keyfiyyətli məhsul istehsal edilmir. İstehsalda, keyfiyyətdə, qablaşdırmada olan problemlər yetərincədir. Bəzi meyvələrə, armud, gavalı, üzüm, sitrus məhsullarına, tərəvəzlərə olan ehtiyac hələ də idxaldan asılı vəziyyətdədir. Belə bir vəziyyətdə başqa bir ölkənin meyvə-tərəvəzə olan tələbatını tam ödəməyi demək reallıqdan uzaqdır”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.