Now Reading:
Azərbaycan Mədəni Universitetində türk dili tədris olunacaq
Full Article 2 minutes read


Səlahiyyətli orqanlar türk öyrəncilərin qarşılarında qoyduğu tələbi düzgün təhlil edərək Azərbaycan Mədəni Universitetində türk dili və ədəbiyyatının tədris olunmasına razılıq veriblər.

Azərbaycan Mədəni Universitetinin rəsmilərindən biri bazar günü Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinin universitetdə türk dili və ədəbiyyatının tədris olunmasına razılıq verdiyini bildirib.

“İsna” xəbər agentliyinin yaydığı məlumata görə, Mənsur İmanpur bu barədə deyib: “Öyrəncilərin təklifi və universitet məsullarının razılığı əsasında ötən aylarda Azərbaycan türkcəsinin iki dərslik şəkilində tədris olunması haqda Elm, Tədqiqat və Texnologiyalar Nazirliyinə iki dəfə müraciət olunub. Artıq nazirlik bununla razılaşıb, öyrəncilər konüllü şəkildə nəzərdə tutulan dərslikləri seçib oxuya bilərlər”- deyə o bildirib.

Onun sözlərinə görə, dərsliklərin hansı gün və saatlarda tədris olunması ilə bağlı ədəbiyyat fakulteti qərar verəcək. Azərbaycan türkcəsi müəyyən rəsmi prosedurdan sonra tədris olunacaq.

Azərbaycan Mədəni Universitetinin türk öyrənciləri 2017-ci il noyabrın 7-də universitetin rektoruna məktub ünvanlayaraq təhsil müəssisəsində türk dili və ədəbiyyatı fənninin tədris olunmasını tələb etmişdir. Onlar, bu istiqamətdə hər hansı addım atılmadığı üçün fevralın 12-də ədəbiyyat fakultetinin salonunda etiraz yığıncağı keçirib.

Yığıncaqdan təxminən iki saat sonra Universitetin rektoru Həsən Vəlizadə təhsil müəssisəsinin Şəhriyar Amfiteatrına gələrək öyrəncilərə türk dili və ədəbiyyatının tədris olunacağı, hətta bu ixtisas üzrə öyrənci qəbul olunacağı haqda vəd vermişdir.

Qeyd edək ki, 1979-cu il İslam İnqilabından sonra qəbul edilən İran Konstitusiyasının (Anayasa) 15-ci maddəsində farscanın ölkənin rəsmi dili olduğu, ancaq bununla yanaşı digər yerli dillərin də tədris olunub və öyrənilməsində hər hansı maneənin olmadığı yazılır. Həmin maddəyə əsasən türk dilinin tədrisi universitetdən deyil, ibtidai məktəblərdən başlanmalıdır. Lakin məlum olduğu kimi, İranda yaşayan millətlərin ana dillə bağlı hüquqları hətta Konstitusiyada qeyd olunan səthdə belə tanınmır və bununla əlaqədar 15-ci maddə bu günə qədər icra olunmayıb. Hazırda onlarla mədəni fəal ana dilini müdafiə etdiklərinə görə İran zindanlarında məhbus həyatı yaşayır. (GünAz TV)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.