Now Reading:
Azərbaycan avtoritarizmi nümunə kimi
Full Article 50 second read

Azərbaycan avtoritarizmi nümunə kimi



Niderlandda hüquq müdafiəçiləri ölkəmizdəki avtoritar rejimi təhlil edəcəklər

Sabah, martın 1-də Niderlandda Leiden Universitetində Amnesty İnternational Azərbaycanda və digər avtoritar ölkələrdə insan haqları, söz azadlığı, syasi dustaqlar mövzusunda müzakirələr keçirəcək. Müzakirələrdə Azərbaycandan olan hüquq müdafiəçiləri Arif və Leyla Yunuslar, Avropa Parlamentinin deputatı Kati Piri, Klibgendael İnstitutundan ekspert Paul Meerts, Amnesti İnternetionalın siyasi işlər ofisindən Nikole Sprokel və həmin təşkilatın layihə koordinatoru Jan Uillem Dol məruzəçi qismində çıxış edəcəklər.

Leyla Yunus əməkdaşımızla söhbətində bildirdi ki, o öz çıxışında Amnesty İnternationalın da Azərbaycandakı siyasi məhbuslarla bağlı fəaliyyətində bəzi tənqidi mülahizələrini səasləndirəcək. «Bu təşkilatın Azərbaycandakı siyasi dustaqların sayı, onlara eyni dərəcəli münasibətin göstərilməsi kimi məsələlərdə problemlər var, buna görə də hesab edirəm ki, bu iradları mütləq bildirmək lazımdır».

Dinləmərlə bağlı geniş məlumatı tədbir başa çatandan sonra yaymağa çalışacağıq.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: