Now Reading:
Ayağı həkim səhvindən kəsilən yaşlı qadından xəbər var
Full Article 40 second read

Ayağı həkim səhvindən kəsilən yaşlı qadından xəbər var



Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Kərimovun səhv amputasiya etdiyi üçün növbəti dəfə əməliyyat olunan Tərlan Məmmədova bu həftənin sonunda evə buraxılacaq.

Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya deyib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, xəstənin ağrıları azalıb, tikişləri sökülüb və heç bir narazılığı yoxdur. Mərkəz direktoru qeyd edib ki, vəziyyət belə davam edərsə, 5-6 gün sonra xəstə evə buraxılacaq: “Hadisə ilə əlaqədar yaradılan komissiyanın, ekspertizanın rəyi hələlik məlum deyil. Rəy hazır olanda ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, həkim Valeh Kərimov şəkər xəstəliyindən əziyyət çəkən 87 yaşlı Tərlan Məmmədovanın sol ayağının əvəzinə sağ ayağını amputasiya edib. Daha sonra qadının sol ayağı da kəsilib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.