Now Reading:
AXCP-yə qarşı təxribat ifşa olundu; Partiyadan hakimiyyətə öldürücü cavab
Full Article 3 minutes read

AXCP-yə qarşı təxribat ifşa olundu; Partiyadan hakimiyyətə öldürücü cavab



«Siyavuş Novruzovun Azərbaycan Xalq Cəbhəsi Partiyası rəhbərliyini mühacirlərə saxta sənəd verməkdə ittiham etməsi əsassız və gülüncdür».

Bunu AXCP sədr müavini Gözəl Bayramlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzovun ittihamlarına cavab olaraq Azadlıq Radiosuna bildirib.

G.Bayramlı partiya üzvü olmayan şəxslərə vəsiqə verilmədiyini və bundan sonra da belə halın olmayacağını bildirib: «Amma bizdə informasiyalar var ki, Ə.Kərimlinin saxtalaşdırılmış imzası ilə kimlərəsə belə sənədlər verirlər. Bunu yoxlamaq hakimiyyət nümayəndəsi üçün problem deyil. Mən də partiyanın təmsilçisi olaraq tələb edirəm ki, əgər belə faktlar varsa, ortaya qoysunlar».

G.Bayramlı deputatın partiyanı və onun sədrini korrupsiyada ittiham etməsini də cavablandırıb: «Bu ittiham o qədər gülüncdür ki… Başdan-ayağa korrupsiyanın içində olan hakimiyyətin təmsilçisinin müxalif bir partiyanı korrupsiyada ittiham etməsi hətta ən adi, elementar məntiqə belə sığmır».

G.Bayramlı hakimiyyətin “saxta sənəd” iddiasına özünün feysbuk səhifəsində də fotodəlillər təqdim etməklə münasibət bildirib.

“Siyavuşun Əli Kərimli barədə sayıqlamaları partiyamıza və sədrimizə qarşı açıq – aşkar şər atmaq, üzə durmaq cəhdidir. Aşağıda faktları təqdim edirəm. Buyurun, əlaltılarınızın əl işlərinə nəzər salın. İçinizdə utanmaq hissi hələ də qalıbsa, utanın! Ofşorlara daşıdığınız milyardların hesabını verin! Xalqı acınacaqlı duruma qoyduğunuzun hesabını verin!
Əli Kərimliyə illərlə atdığınız çamurun heç biri yapışmadı, bu da yapışmayacaq. Özünüz ifşa olacaqsınız, necə ki, olursunuz.
Öz aləmlərində Əli bəyə təzyiq edirlər ki, hakim ailənin nəhəng korrupsiyası barədə ucadan danışmasın. Açıq deyirlər ki, sən bizim ailə korrupsiyamızı ifşa edirsən, biz də sənə çirkab atarıq. Bizim tanıdığımız Əli bəyi belə təhdidlər susdura bilməz. Əli Kərimli sizlərin nə qədər pislik olduğunuzu yaxşı bilir və o da, biz də hər cür situasiyaya hazırıq.”, – deyə o yazıb.

Hazırda mühacirətdə olan AXCP fəalı, Turan TV-nin əməkdaşı Türkel Azərtürk də feysbuk səhifəsində bu mövzuda təsadüfən aşkarladığı bir faktı paylaşıb. O yazır: “Bu günlərdə təsadüfən Almaniyaya mühacirət etmiş bir həmvətənimizlə görüşdük. Xeyli söhbət etdikdən sonra məlum oldu ki, adam “cəbhəçidir”. Dedim AXCP-nin hansı rayon şöbəsinin üzvüsən? Bir 5-10 adamın adını say şöbədən görək kimləri tanıyırsan? Adam da çıxartdı vəsiqəsini ki, bəs inanmırsan, ala bax. Baxan kimi aydın oldu ki, sənəd saxtadır. Bunu siz də şəkildən aydın şəkildə görə bilirsiniz. (Rəngi daha açıq olan sənəddən gedir söhbət). Mənim də cəbhəçi olduğumu biləndə, qardaş başladı düzünü danışmağa ki, cəbhəçi zad deyiləm. Sadəcə Bakıda Ramin Hacılı adlı bir qardaş işimi düzəltdi. 3000 manata bu partiya biletini və naməlum şəxslər tərəfindən döyülməyimlə bağlı sənəd verdi. Ki, intervyuda təqdim edim. Bax belə. İndi Siyavuş kimi boşboğazlıq edincə, gedin bu qədər möhürün harada, necə, kimlər tərəfindən hazırlandığını araşdırın.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.