Now Reading:
AXCP-nin 6 fəalı həbs edilib
Full Article 40 second read

AXCP-nin 6 fəalı həbs edilib



Azərbaycan Xalq Cəbhəsi Partiyasının bu gün keçirilən mitinqin təşkilatçıları olan 6 fəalı – Saqif Qurbanov, Vidadi Guliyev, İsmayıl Həsənov, Baba Suleymanov, Əli İmanxanlı və Ruslan Nəsirlii aprelin 13-də saxlanılaraq məhkəmələr tərəfindən hər biri 15 sutka inzibati həbsə məhkum edilib.

Aprelin 14-də keçirilən mitinqdə AXCP sədri Əli Kərimli fəalların həbsinin siyasi sifariş olduğunu deyib.

“İqtidar mitinqin təşkilatçılarını həbs etməklə askiyada kütləviliyin qarşısını almaq istəyirdi. Amma, buna nail ola bilmədilər”, o qeyd edib.

hazırda AXCP-nin 8 fəalı inzibati qaydada həbsdədir. Daha iki fəal – Orxan Baxışlı və Abdulla Mahmudov müxalifətin martın 31-də keçirilən mitinqindən öncə martın 27-də həbs edilib. Onalrın hər biri 30 sutka inzibati həbsə məhkum edilib.

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: