Now Reading:
Avroviziya təxribatı: Ermənistana sanksiya tətbiq ediləcək
Full Article 20 second read

Avroviziya təxribatı: Ermənistana sanksiya tətbiq ediləcək



Avropa Yayım Birliyi (AYB) Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma “Dağlıq Qarabağ Respublikası”nın “bayrağı”nı dalğalandırmasını pisləyib.
APA-nın məlumatına görə, qurumun bəyanatında bu cür hadisələrin “Avroviziya” mahnı müsabiqəsinin adına mənfi təsir göstərəcəyi bildirilir.

Nəzarət qrupu qaydalara əsaslanaraq Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi qrupun iyunda keçiriləcək iclasında müəyyən olunacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.