Now Reading:
Avropa Parlamentindən Azərbaycandakı prezident seçkilərilə bağlı BƏYANAT
Full Article 40 second read


Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.

APA-nın məlumatına görə, bu barədə Avropa Parlamentinin Demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.

Bəyanatda deyilir ki, seçkiləri müşahidə etməyəcəyi üçün AP nə proses, nə də daha sonra elan olunacaq nəticələrlə bağlı şərh verəcək: “AP-nın heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir”.

Bəyanatda deyilir ki, Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək və yalnız bu hesabat AP-nin bu məsələ ilə bağlı mövqeyini əks etdirəcək.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.