Now Reading:
Avropa Parlamenti Azərbaycanla bağlı sərt tələblər qoydu
Full Article 2 minutes read
 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Avropa Parlamentinin deputatları çərşənbə günü Avropa İttifaqının rəhbərliyinə Aİ və Azərbaycan arasında gələcək sazişlə bağlı tövsiyələr göndərib.

Saziş korrupsiyaya, çirkli pulların yuyulmasına və vergilərdən yayınmaya qarşı mübarizəyə və əsas azadlıqların təmin edilməsində irəliləyişə şərait yaratmalıdır.

Bu tövsiyələr Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvləri tərəfindən 56 səs “lehinə”, 2 səs “əleyhinə” və 7 nəfər bitərəf olmaqla qəbul edilib.

Tövsiyələrdə deyilir ki, Avropa Parlamentinin deputatları Aİ Şurasını, Avropa Komissiyasını və Xarici Fəaliyyət Xidmətini aşağıdakı addımları atmağa çağırır:

– Aİ və Azərbaycan arasında münasibətlərin dərinləşməsinin demokratiyaya, qanunun aliliyinə, yaxşı idarəçiliyə, insan hüquq və əsas azadlıqlarına riayət və hörmətlə şərtlənməsini təmin etməyə;

– Azərbaycan hakimiyyətinə ölkə Aİ-nin əsas dəyərlərinə və hüquqlarına riayət etməsə heç bir hərtərəfli sazişin ratifikasiya olunmayacağını xatırlatmağa;

– Azərbaycanla gələcək sövdələşmənin hərtərəfli olduğuna və hər iki tərəfə xeyir gətirəcəyinə zəmanət verməyə;

– İqtisadi cinayətlərə, o cümlədən korrupsiyaya, çirkli pulların yuyulmasına və vergi ödənişindən yayınmalara qarşı mübarizədə, habelə çirkli pulların yuyulması sxeminin, xüsusən “Landromat” işinin təkrar araşdırılmasında Azərbaycanı dəstəkləmək məqsədilə konkret müddəalar tətbiq etməyə;

– Danışıqlar başa çatana qədər Azərbaycanın 2017-ci ildə sayı 150 nəfərdən artıq olan siyasi məhbusların və vicdan məhbuslarının azad edilməsi üzrə mühüm addımlar atmasını təmin etməyə;

– Azərbaycanda redaksiya müstəqilliyi və Aİ-nin standartları təmin edilməklə, azad və plüralist kütləvi informasiya vasitələrinin gələcək inkişafına şərait yaratmağa.

Deputatlar hesab edirlər ki, Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində iştirakı gücləndirilməlidir. Onlar Aİ və münaqişə tərəflərindən hər biri ilə yeni sövdələşmələrinin mühüm öhdəliklər və münaqişənin sülh yolu ilə həlli istiqamətində əhəmiyyətli irəliləyişlərlə şərtlənməlidir. (azadliq.info)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.