Now Reading:
Avropa Məhkəməsi Elmar Hüseynovla bağlı qərarını açıqladı
Full Article 50 second read

Avropa Məhkəməsi Elmar Hüseynovla bağlı qərarını açıqladı



Bu gün, aprelin 13-ü Avropa İnsan Hüquqları Məhkəməsi 12 il əvvəl öldürülən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovla bağlı qərarını açıqlayıb.

Bu barədə vəkil Fariz Namazlı məlumat yayıb.

Şikayətdə E.Hüseynovun qətli ilə bağlı cinayət işinin lazımı qaydada araşdırılmadığı və onu öldürən şəxslərin məsuliyyətə cəlb edilmədiyi bildirilirdi.

Vəkilin deməsinə görə, qərarda Avropa Konvensiyanın 2-ci (effektiv araşdırma aparılmaması) maddəsinin pozuntusu tanınıb: «Ərizəçiyə (E.Hüseynovun həyat yoldaşı) mənəvi zərərə görə 20 min avro, məhkəmə məsrəflərinə görə də 10 min avro kompensasiya ödənilməsi qərara alındı».

XATIRLATMA

Jurnalist, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 12 il keçir.

2005-ci il martın 2-si yaşadığı mənzilin önündə jurnalistə 5 güllə vurulmuşdu, 6-cı patronu onun yanına qoyub getmişdilər.

Bu hadisədən sonra ölkənin rəsmi qurumları tezliklə qətlin üstünün açılacağını bəyan etdilər. Hətta dövlət başçısı İlham Əliyev bu məsələni şəxsən nəzarətə götürdüyünü bəyan etdi.

Ancaq 12 il üstündən keçməsinə baxmayaraq, hələ də bu cinayətin qatil və sifarişçisindən xəbər yoxdur.

E.Hüseynovun ailəsi isə mühacirətdədir.

24saat.org

Mənbə – azadliq.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: