Now Reading:
Avro-2016 Almaniya və Polşa növbəti mərhələdə
Full Article 30 second read

Avro-2016 Almaniya və Polşa növbəti mərhələdə



Bu gün futbol üzrə Avropa çempionatının qrupunun sonuncu turun oyunları olub.

Qrup pyunlarının son turunda Almaniya-Şimali İrlandiya və Ukrayna-Polşa qarşılaşmaları keçirilib.

Almaniya-Şimali İrlandiya oyununda sürpriz qeydə alınmayıb. Almanlar 1-0 hesabı ilə qalib gəliblər. Almaniyanın qolunu 30-cu dəqiqədə Mario Gomez vurub.

Qrupun digər qarşılaşmasında Ukrayna və Polşa üz-üzə gəlib. Bu oyundan Polşa milliləri qalib ayrılıblar: 1-0

Oyunda yeganə qolu 54-cü dəqiqədə Yaqub Blaşikovski vurub.

Bu turdan sonra Almaniya və Polşa komandaları hərəyə 7 xal toplayaraq play-off mərhələsinə yüksəliblər.

Qrup üçüncüsü Şimali İrlandiyanın (3 xal) növbəti mərhələyə yüksəlib-yüksələməyəcəyi digər qruplardakı oyunların nəticələrindən asılı olacaq.

musavat.com

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.