Now Reading:
“Ata, mənə 15 manat pul göndərərsən” — Şəhidin son sözləri
Full Article 40 second read

“Ata, mənə 15 manat pul göndərərsən” — Şəhidin son sözləri

Bu barədə AzVision.az-a şəhidin yaxınları məlumat verib. Dəfn mərasimində Yardımlı Rayon İcra Hakimiyyəti, Müdafiə Nazirliyinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.
Bildirilib ki, şəhid E. Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb:
“Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, təbiyyəli gənc idi. Orta məktəbi bitirən kimi, hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq”,-deyə şəhidin yaxınları söyləyib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: