Now Reading:
ATƏT-lə AŞPA seçkilərə görə fikir ayrılığına düşdü
Full Article 1 minutes read

Aprelin 11-də Azərbaycan keçirilən növbədənkənar prezident seçkilərinə münasibətdə ATƏT-lə AŞPA nümayəndələri arasında fikirayrılığı yaranıb. Bu barədə məlumatı Demokratik Təşəbbüslər Mərkəzinin sədri Akif Qurbanov özünün Facebook səhifəsində paylaşıb.



“Dostlardan aldığımız məlumata görə ATƏT-lə AŞPA nümayəndə heyəti arasında pozuntulara dair sərt münasibət bildirmək üzərində mübahisə gedir. Təəccüblü budur ki, əvəlki illərdən fərqli olaraq gerçəkliklərin olduğu kimi deyilməsində bu dəfə ATƏT yox, AŞPA nümayəndələri israrlıdır. AŞPA nümayəndə heyətinin içərisində prinsipal deputatların olması sayəsində gerçəkliyin əks olunması tələb olunsa da, ATƏT açıqlamanın yumşaq olmasında israrlıdır.

Sızdırılan məlumata görə AŞPA nümayəndələri bu fikirlərin əks olunmasında israrlıdır: “We have to consider that in a repressive political environment where democratic principles are comprimised and rule of law is not obsirved, fair and free elections are not pissible.

On the Election Day we saw several irregularities”. (Biz nəzərə almalıyıq ki, repressiv siyasi mühitdə, demokratik prinsiplərin qorunub saxlanılmadığı, qanunun aliliyinin müşahidə edilmədiyi yerdə ədalətli və azad seçki mümkün deyil. Biz seçki günü bir-neçə qanunsuzluqlar gördük (tərcümə 24saat.org-a məxsusdur).

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: