Now Reading:
ATƏT/DTİHB-nin müşahidə missiyası fəaliyyətə başladı
Full Article 50 second read


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycanda prezident seçkilərini müşahidə missiyası rəsmi olaraq fəaliyyətə başlayıb. Bu münasibətlə ATƏT/DTİHB-nun Azərbaycanda prezident seçkilərini izləyəcək müşahidə missiyasının rəhbəri, xanım Koryen Yonker bu gün Bakıda mətbuat konfransı keçirib.

K. Yonker uzunmüddətli missiyanın isə gələn həftə Azərbaycana gələcəyini bildirib.

“Biz Azərbaycanla hər zaman uğurlu əməkdaşlıq etmişik. Ümid edirik ki, bu əməkdaşlıq növbəti bir neçə həftədə də davam edəcək”. Xanım Koryen Yonker deyib.

Onun sözlərinə görə, müşahidə missiyası seçkiləri qiymətləndirəcək, öhdəliklərə nə qədər riayət olunmasını dəyərləndirəcək.

“Gələn həftə uzunmüddətli missiya Azərbaycana gələcək. Ekspertlər ATƏT üzvü olan 19 fərqli ölkəni təmsil edir.

Qısamüddətli missiya isə seçki günündən bir qədər əvvəl gələcək, səsvermə prosesini izləyəcək.

Missiya aprelin axırına kimi davam edəcək, seçki sonrası mühiti də diqqətdə saxlayacaq”, – deyə o bildirib.
APA

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.