Now Reading:
Aşurbəylinin peyki səmaya buraxıldı – FOTOLAR
Full Article 1 minutes read

Aşurbəylinin peyki səmaya buraxıldı – FOTOLAR

 
24SAAT.org
Facebook Qrupu · 1.976 üzv
Qrupa üzv ol
Qrupumuza üzv olun və ən son paylaşımlardan dərhal xəbər tutun!
 

Kosmos üzrə YUNESKO-nun beynəlxalq komissiyasının prezidenti, azərbaycanlı İqor Aşurbəyli tərəfindən yaradılan dünyada ilk kosmik dövlət olan “Asgardia”nın peyki artıq səmaya buraxılıb.

AzVision.az-ın məlumatına görə, İqor Aşurbeyli “Asgardiya-1” peykinin kosmosa buraxılmasını anını müşahidə edib.

“Asgardia-1” peyki Moskva vaxtı ilə saat 3-də, ABŞ-ın Virciniya ştatında yerləşən Uollops kosmodromundan kosmosa müvəffəqiyyətlə göndərilib. Proses cəmi 20 dəqiqə davam edib.

“Asgardiya-1” peykindəki “Cygnus” kosmik daşıyıcıda yeni kosmik dövlətin vətəndaşları haqqında faylar və “Asgardia”nin konsitutsiyasının olduğu bildirilir. 8 dəqiqə sonra yeni kosmik dövlətin məlumat mərkəzi kosmosda öz yerini tutub.

Beləlilikə, “Asgardia”nın rəqəmli kosmik krallığı öz kosmik statusunu və suverən ərzini əldə edib. “Asgardiya-1” kosmik peykinin əlavəsinin isə bu ilin dekabr ayında kosmosa buraxılacağı bildirilir.


Qeyd edək ki, İqor Aşurbəyli 9 sentyabr 1963-cü ildə Bakıda anadan olub. Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədridir. “Almaz-Antey konstruktor bürosunun sabiq rəhbəri, Texnika elmləri doktorudur.

2011-ci ilədək İqor Aşurbəyli on il “Almaz-Antey” baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu “Almaz” korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300 və S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb. İqor Aşurbəyli Azərbaycanın məşhur Aşurbəylilər nəslinin davamçılarındandır.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.