Now Reading:
Astroloji proqnoz – 13 may
Full Article 1 minutes read

Astroloji proqnoz – 13 may

Qoc – İntiqam hissi və ya münasibəti korlanmış iki nəfər arasında vasitəçilik etmək sizə zərər yetirə bilər. Bütün diqqetinizi işinizə yönəldin.
Buğa –  Dostlarla vaxt keçirməyə daha çox üstünlük verin. Əgər qonaqlığa dəvət alsanız, məmnuniyyətlə qəbul edin.
Əkizlər – Təzə xəbərlər yolunuzu gözləyir. Uzaqdan sevindirici xəbər alacaqsınız. Nəqliyyat vasitələrində ehtiyatlı davranın.
Xərçəng – İkitərəfli əməkdaşlıq üçün düşərli vaxtdır. Həftəsonuna az qalıb. Ona görə də  istirahət planlarınızı bu gün həyata keçirməyin. Təmbəlliyin daşını atın.
Şir – Saat 15-dən sonra bütün cəhdləriniz baş tutacaq. Əsas vaxtınızı isə ailə-sevgi münasibətlərinə həsr edin.
Qız – Yaxşı olar ki, bu təqvimdə bütün işlərinizi təxirə salasınız. Vaxt tapıb yaxın dostlarınıza baş çəkin.
Tərəzi – Sağlıq durumunuzda problem ola bilər. Qida və yuxu rejiminizə ciddi fikir verməlisiniz.
Əqreb – Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz planların böyük əksəriyyətini reallaşdıra biləcəksiniz.
Oxatan – Planlarınızı reallaşdırmaq üçün kifayət qədər şansınız olacaq. Odur ki, bu istiqamətdə bütün gücünüzü səfərbər edin.
Oğlaq – Sizə aidiyyatı olmayan məsələlərə müdaxilə etməyin. Günortadan sonra perspektivli sövdələşmələr gözlənilir.
Dolça – Səfərlərə çıxmaqdan məmnunluq duyacağınız gündür. Qonaq getmək də olar.
Balıq – Hava şəraiti sizdə səhhətlə bağlı problem yarada bilər.  Ayaq nahiyənizə xüsusi diqqət ayırın. Sevgi məsələləri ürəyinizcə olacaq.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.