Now Reading:
Astroloji proqnoz – 11 may
Full Article 1 minutes read

Astroloji proqnoz – 11 may



Qoç – çoxlu problemlər yaranacaq. Rəqib və ya düşmən düşündüyünüzdən güclü deyil.
Buğa – qarışıq gündür. İllərdən bəri etibar etdiyiniz, inandığınız insan sizə xəyanət edə bilər.

 

Əkizlər – planlar baş tutmasa, ruhdan düşməyinƏlverişli anı gözləyərək hərəkət edin.

 

Xərçəng – köklü dəyişikliklər yaşayacaqsınız. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə nikbin, gülərüz, səmimi olun.

 

Şir – işlərin çoxu istədiyiniz kimi alınmayacaq. Buna rəğmən ümidinizi itirməyin. Çətin vəziyyətə düşən və sizə yardım üçün müraciət edən insana kömək edin.

 

Qız – görüləcək işlərin dəqiq və konkret planını hazırlayın. Mübahisələrə qatılmayın, hansısa tərəfi tutmayın.
Tərəzi – intuisiyanız sizə kobud səhvlərə yol verməməyə yardım edəcək. Səfər, səyahəti təxirə salmayın.

 

Əqrəb – baş verənlərə rəğmən əhvalınızı korlamayın. Mövqeləri və fikirləri sizdən çox fərqli olan insanlarla da dil tapın.

 

Oxatan – özünüzdən və yaxın ətrafınızdakı mümkün olmayanları tələb edərək vəziyyəti gərginləşdirməyin. Başqalarının sizin barənizdə düşündüklərinə və dediklərinə əhəmiyyət verməyin.

 

Oğlaq – iradəli olun. Yeni tanışlıqlar asanlıqla baş tutacaq. Anlaşma və sövdələşmələr gəlir gətirəcək.

 

Dolça – işgüzar fəaliyyət baxımından uğurlu gündür. Sərfəli anlaşma və sövdələşmələrə nail ola bilərsiniz.

 

Balıq – kiçik maliyyə itkiləri ola bilər. Ailə üzvləri ilə münaqişə yaratmayın.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.