Now Reading:
Astroloji proqnoz – 10 may
Full Article 1 minutes read

Astroloji proqnoz – 10 may



Qoç – böyük dəyişiklər astanasındasınız. Tərəddüd etdiyiniz məsələləri təxirə salmalısınız.

Buğa – həmkarlarınızla, eləcə də yaxın münasibətdə olduğunuz bəzi kəslərlə mübahisələriniz mümkündür. Səhər saatlarından etibarən, baş ağrısından əziyyət çəkəcəksiniz.

Əkizlər – özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Axşama yaxın maraqlı hadisələr gözlənilir.

Xərçəng – təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Bəxtinizdə pul var.

Şir – hiyləgərlərin əl-qol açmasına imkan verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.

Qız – boş dayanmağa lüzum yoxdur. Canfəşanlıq göstərin. Axşam təhlükəli məqamlarla üzləşə bilərsiniz.

Tərəzi – alış-verişə çıxacaqsınız. Zövqünüzə uyğun olan məhsulları ucuz qiymətə almaq imkanı tapacaqsınız. Ağır fiziki işlər görməyin.

Əqrəb – sıxıcı günlərdən biri olaacq. Dostlarla çay süfrəsində görüşərək günü daha mənalı edə bilərsiniz.

Oxatan – gərginlik sizi müşayiət etsə də, sakitliyinizi qoruyun. Səbəbsiz münaqişələrdən uzaq olun.

Oğlaq – hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranacaq.

Dolça – maddi çətinliklər sizi yoracaq. Büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyin, bədxərclik etməyin.

Balıq – yeni əlaqələr qurmaq üçün uyğun gündür. Nüfuzlu adamların köməyindən istifadə edin.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.