Now Reading:
Astroloji proqnoz – 04 may
Full Article 50 second read

Astroloji proqnoz – 04 may



Qoç – Bir neçə əlamətdar hadisə gözlənilir. Qarşılıqlı münasibətlərdə vəziyyət xeyrinizə dəyişə bilər.

 

Buğa – Enerjiniz artacaq. Bu səbəbdən də qarşınıza qoyduğunuz planları reallaşdırma yolları haqqında düşünməlisiniz.

 

Əkizlər – Yeni dostlar qazanacaq, maraqlı hadisələrin şahidi olacaqsınız. Amma mübahisələrə yol verməməli, uzaq yola çıxmamalısınız.

 

Xərçəng – Şəxsi münasibətlərdəki soyuqluğu aradan qaldırın. Bu gün təzə xəbər eşidəcəksiniz.

 

Şir – Astroloji göstəricilər bu ərəfədə əksər proseslərin xeyrinizə cərəyan edəcəyini bildirir. Enerjili olacaqsınız.

 

Qız – İnsanlara xeyirxahlıq göstərin. Bu arada dilinizdən yalnız xoş sözlər çıxsın.

 

Tərəzi – Çoxsaylı səfər və qonaqlıqlarda iştirakınız labüddür. Sevdiyiniz adamların ətrafında olmaqla daxili sıxıntılarınızı aradan qaldıra bilərsiniz.

 

Əqrəb – Uğurlarınız kifayət qədər artacaq. Maliyyə məsələləri də qismən qaydasına düşəcək.

 

Oxatan – Qarşınızda olduqca səmərəli sövdələşmələr durur. İstənilən danışıqda təşəbbüskarlığı ələ ala biləcəksiniz.

 

Oğlaq – Şəxsi büdcənizdə bəzi problemlər ola bilər. Mövcud situasiyalardan təkbaşına qurtula bilməsəniz, etibarlı insanlara müraciət edin.

 

Dolça – Səbrsizlik etməyə lüzum yoxdur. Əksinə, əzmkarlığınızı artırmaqla çox şeyə nail ola bilərsiniz.

 

Balıq – Günü səmərəli şəkildə keçirmək üçün ətrafınızdakılarla səmimi davranın. Maraqlı səfərlər yolunuzu gözləyir.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.