Now Reading:
AŞPA məruzəçisi Seymur Həzi ilə görüşüb
Full Article 30 second read

AŞPA məruzəçisi Seymur Həzi ilə görüşüb



AŞPA-nın ölkəmizdə səfərdə olan Azərbaycan üzrə məruzəçisi Stefan Şennax və qurumun katibliyinin nümayəndələri yanvarın 14-də 17 saylı cəzaçəkmə müəssisəsində vicdan məhbusu, AXCP sədrinin müavini, “Azadlıq” qəzeti və “Azərbaycan saatı” proqramının əməkdaşı Seymur Həzi ilə görüşüblər.

Bu barədə onun özü ailə üzvlərilə danışarkən məlumat verib. Bildirib ki, AŞPA rəsmiləri onun saxlanma şəraiti və səhhəti ilə maraqlanıblar. S.Həzi görüş barədə bundan artıq məlumat verməyib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.