Now Reading:
AŞPA-da Serj Sarkisyanla Səməd Seyidov arasında mübahisə düşüb
Full Article 1 minutes read


Serj Sarkisyan: “Azərbaycan Qarabağı qaytarmaq istəyir, amma bu, mümkün deyil”

Yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyan Strasburqda, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında çıxış edib. Bundan sonra AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov onu beynəlxalq ictimaiyyəti aldatmaqda və hərbi cinayətlər törətməkdə ittiham edib.

“Turan”-ın xəbərinə görə, Səməd Seyidov deyib:

“Niyə siz öz çıxışınızda Qarabağda hərbi birləşmələrə rəhbərlik etdiyiniz zaman törədilmiş Xocalı soyqırımı haqqında heç nə demədiniz?

Niyə BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad edilməsi haqqında qətnamələrini yerinə yetirmirsiniz?”

Buna cavab olaraq Sarkisyan Səməd Seyidova sakitləşməyi məsləhət görüb və deyib ki, hərbi lider deyil, Qarabağın hüquqları uğrunda ədalətli mübarizənin iştirakçısı olub.

O, Xocalı faciəsinin ermənilərlə əlaqəsi olmadığını deyib:

“Soyqırım olmayan, həm də Ermənistan tərəfindən törədilməyən bir şeyi “soyqırım” adlandırmaq nəyə lazımdır?”

Daha sonr Sarkisyan Azərbaycanı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozmaqda ittiham edib.

O, sonda qeyd edib ki, Azərbaycan Qarabağı qaytarmaq istəyir, amma bu, mümkün deyil:

“Açıq-aşkar bildirirsiniz ki, sizə Qarabağ ermənilərsiz lazımdır. Bu, mümkün deyil. Bu, heç vaxt olmayacaq”.

Azərbaycanın altı nümayəndəsi Ermənistan prezidentinə suallar verməyə çalışıb, amma sədr vaxt çatmadığına istinad edib.

Yanvarın 22-dən Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayıb.
meydan.tv

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.