Now Reading:
“Artıq hakimiyyətdə dərəbəylikdir…”
Full Article 1 minutes read

“Artıq hakimiyyətdə dərəbəylikdir…”



Namizəd Səfərov: “Buna görə də ictimai münasibətləri tənzim etmək mümkünsüzdür”

Son vaxtlar ölkə mediası və sosial şəbəkələrdə DİN və prokurorluq orqanları ilə bağlı vətəndaş şikayətlərinin sayı artmaqdadır. Maraqlıdır, sözügedən güc orqanları ilə bağlı mediada yer alan şikayətlərin çoxluğu nə ilə bağlıdır? Bu şikayətlərin miqyası sözügedən qurumlarda köklü təftiş və təmizləmələr aparmağın zərurətindən xəbər verirmi?

24saat.org-a açıqlama verən hüquqşünas Namizəd Səfərov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Hazırda Azərbaycanda ictimai və hüquq münasibətləri ümumiyytlə hüquq çərçivəsindn çıxıb. İnsan 10 milyonluq xalqın hökumətdən bu dərəcədə narazı olduğunu təsəvvürünə sıxışdıra bilmir. Şikayətçilərin sayı həddindən artıq çoxdur. Istər prokurorluq, istər məhkəmə orqanları, istərsə də DİN istəsə belə hər cür əndazəni aşmış şikayətçi ordusunun qabağına çıxıb onların problemlərini həll etmək imkanına malik deyil. Onlar vətəndaşların nəinki şikayətini həll etmək, hətta onları qəbul etmək imkanında belə deyillər. Çünki ərizə və şikayətçilərin sayı o qədərdir ki, onların problemini dinləmək və həll etmək üçün gərək ölkənin yarısı bu işə səfərbər edilsin. Bu isə onu göstərir ki, artıq hakimiyyətdə özbaşınalıqdır. Hakimiyyətdə dərəbəylikdir. Hakimiyyət itirilib. Hakimiyyət ictimai münasibətləri tənzim etmək, nizama salmaq gücündə deyil”.

Seymur Əliyev

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.