Now Reading:
Arif Hacılı Əlikram Xurşudovun həbsindən danışdı
Full Article 40 second read

Müsavat başqanı Arif Hacılı partiyanın Məclis üzvü, Şirvan təşkilatının sədri Əlikram Xurşudova 5 il həbs cəzası verilməsinə münasibət bildirib.



 

“Azərbaycan hakimiyyəti Cümhururiyyət ilində də xalqın, beynəlxalq birliyin çağırışlarına məhəl qoymadan, demokratik islahatlar, həmçinin “Qızıl Amnistiya” təklifimizi eşitməməzliyə vuraraq opponentlərinə qarşı repressiya siyasətini davam etdirir.

Müsavat Partiyasının Məclis üzvü, Şirvan şəhər təşkilatımızın sədri Əlikram Xurşudova siyasi sifariş əsasında uydurulmuş ittihamlarla 5 il müddətində həbs cəzası verilib.

Belə görünür ki, hakimiyyət dünyada yaranmış yeni durumun mahiyyətini anlamır. Lap qonşuluqda baş verən hadisələrdən belə nəticə çıxarmayaraq tarixin təbii axarına qarşı fəaliyyətini durdurmur.

Vətəndaş qarşıdurmasını dərinləşdirməklə özünü və təəssüf ki, həm də dövlətimizi uçuruma doğru sürükləkdə davam edir.”

Yazı Arif Hacılının “Facebook” səhifəsindən götürülüb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: