24 saat

Arif Alışanov yola salınır?


AzTV sədri ilə bağlı yayılan məlumatlar müxtəlif mülahizələrə səbəb olub

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanovun başı üzərində qara buludlar dolaşır. Mediada yayılan məlumatlara görə, Arif Alışanov şübhəli maliyyə əməliyyatlarına görə hədəfə gəlib. AzTV sədrinin fəaliyyətilə ciddi araşdırmaların başlanıldığı bildirilir. İddialara görə, yaxın vaxtlarda Arif Alışanovun karyerasına son verilə bilər.

24saat.org xatırladır ki, bir müddət əvvəl Arif Alışanovun həyatına sui-qəsd cəhdilə bağlı istintaq materiallarına istinadən sensasion məlumatlar yaymışdıq. Məlumatlarda diqqət çəkən məqam Arif Alışanovun məhkəmə qarşısında qaldırdığı iddia ərizəsi ilə milyonlarla manat ödəyərək hektarlarla torpaq sahəsi alması idi. Görünür, AzTV sədri həmin iddia ərizəsinin altına imza atarkən milyonlarla manatın hesabının sorulmayacağına əmin olub.

Yada salaq ki, Alışanovun müəmmalı maliyyə mənbəyi vasitəsiylə sahibləndiyi torpaq sahələri əsasən Şamaxı və Quba ərazindədir.

Bu məlumatların sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilməsi, dövlət büdcəsindən maliyyələşən AzTV-nin rəhbəri olan bir şəxsin bu qədər pulun necə əldə etməsi barədə yaranan haqlı suallar isə hələ də cavabsız qalmaqdadır.

Bu günlərdə mətbuatda Arif Alışanova məxsus avtomobilin cərimə meydançasına aparıldığı və onun 7200 manat cəriməsi olması barədə məlumat yayılıb və məlumat rəsmi qurumlar tərəfindən təkzib edilməyib.

Ehtimallara görə, bu məsələnin ictimailəşçəsi təsadüfi deyil. Arif Alışanovla bağlı hansısa planların olduğu istisna deyil. Lakin bəzi ekspertlər hesab edir ki, bu mülahizələrin əsası yoxdur. Onların fikrincə, indiki mərhələdə AzTV sədrinin işdən çıxarılacağı inandırıcı görünmür. Onlar bunu Arif Alışanovun hakimiyyətdə ciddi dayaqlarının olması ilə izah edirlər.

Bu yazıya da baxın – AZTV sədrinin 5 milyonluq özünüifşası – II YAZI

24saat.org

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: