Now Reading:
Araz Əlizadənin də namizədliyi irəli sürüldü
Full Article 40 second read


Azərbaycan Sosial-Demokrat Partiyası (ASDP) Mərkəzi Komitəsinin plenumu partiyanın lideri Araz Əlizadənin aprelin 11-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak etməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə virtualaz.org-a A.Əlizadə özü məlumat verib.

Partiya lideri bildirib ki, ASDP Mərkəzi Komitəsinin plenumu ona prezident seçkilərində partiyanı təmsil etmək səlahiyyəti verib.

“Əlbəttə, prezident postu uğrunda mübarizənin şəksiz lideri İlham Əliyevdir. Mənim qarşımda isə partiya, ölkənin problemlərinin həllinə onun baxışı haqda danışmaq vəzifəsi durur və biz bunu edəcəyik”, – deyə Araz Əlizadə bildirib.

ASDP sədri vurğulayıb ki, partiya əvvəllər qəbul edilmiş qərarlara uyğun olaraq, istənilən seçki kampaniyasında iştirakdan imtina etməyə hazırlaşmır və bunu keçirilən son plenum bir daha təsdiq etdi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.