Now Reading:
Apellyasiya məhkəməsi iki milli fəalın həbs hökmünü qüvvədə saxlayıb
Full Article 50 second read


Şərqi Azərbaycan vilayətinin apellyasiya məhkəməsi Əhər Məhkəməsinin daha əvvəl türk fəallar İbrahim Nurivə Əkbər Cahangiriyə qarşı çıxardığı həbs qərarını qüvvədə saxlayıb.

Bu hökmlə Nuri və Cahangirinin müvafiq olaraq altı və dörd aylıq həbs hökmləri təsdiq edilmişdir.

İran Azərbaycanına dair xəbər yayan internet portallarına istinadən, bu fəallar siyasi məhbuslarla bağlı kampaniya təşkil etmək və Uyğur türklərinə dəstək mitinqlərinə qatıldıqları üçün həbs cəzası alıblar.

Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin Amerikanın Səsinə göndərdiyi məhkəmə sənədinin surətində yazılanlara görə, İbrahim Nuri və Əkbər Cahangiri məhkəmədə “İslam nizamına qarşı və nizama müxalif qüvvələrin xeyrinə təbliğat aparmaq” ittihamı ilə günahlandırılıblar.

Şərqi Azərbaycan vilayəti apellyasiya məhkəməsinin qərarını 26-cı şöbənin sədri hakim Mikayıl Xubyarpur imzalayıb.

Hər iki fəal göstərdikləri fəaliyyətlər və iştirak etdikləri bəzi tədbirlər ilə bağlı fərqli ittihamlarla digər məhkəmələrdə də mühakimə olunublar. (amerikaninsesi)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.