Now Reading:
ANS-in növbəti məhkəməsinin vaxtı bilindi
Full Article 30 second read

ANS-in növbəti məhkəməsinin vaxtı bilindi



“ANS Müstəqil Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasının (MTRŞ) kanalın fəaliyyətinə xitam verilməsi (lisenziyanın ləğvi) barədə qərardan verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.

24saat.org “Report”a istinadən xəbər verir ki,Ali Məhkəmədə hakim Sevda Hüseynovanın sədrliyi ilə keçiriləcək proses sentyabrın 21-nə təyin edilib.

Xatıradaq ki, ötən prosesdə ANS-in yeni vəkili Fuad Ağayev ərizə verərək məhkəmə iclasının təxirə salınmasını istəyib. Vəkil ANS-in onunla yenicə müqavilə bağladığı üçün işlə tanış olmadığını deyərək məhkəmədən vaxt istəyib. Buna görə də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.