Now Reading:
“ANS ÇM”-in 77 266 manatını məcburi qaydada aldılar
Full Article 30 second read

“ANS ÇM”-in 77 266 manatını məcburi qaydada aldılar



Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən “ANS ÇM” radiosuna təyin olunan 161 000 manat cərimənin 77 266 manatı məcburi qaydada “ANS ÇM” şirkətinin bank hesabından tutulub.

APA-nın xəbərinə görə, şirkətin bank hesabında lazımi qədər pul qalmadığından cərimənin qalan hissəsinin tutulması məcburi icraya yönəldiləcək.

Qeyd edək ki, “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar MTRŞ ANS ÇM Yayım və Media Şirkətini 26 qərar üzrə ümumilikdə 161 000 manat məbləğində cərimələyib.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.