Now Reading:
Amerika vertolyotları İŞİD başçılarını təxliyyə etdi
Full Article 50 second read


Amerika vertolyotları İŞİD terror təşkilatının liderlərini Deyr-əz-Zor əyalətindən Suriyanın şimal-şərqindəki Haseke əyalətinin naməlum rayonlarına təxliyyə edib. Virtualaz.org xəbər verir ki, bu barədə “SANA” agentliyi məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, dekabrın 27-dən 28-nə keçən gecə ABŞ ordusuna məxsus bir neçə vertolyot Deyr-əz-Zor əyalətinin şimal rayonlarında havaya qalxaraq, aşağı y3üksəklikdə uçmaqla Əs-Sad düşərgəsinin üzərindən keçiblər və Haseke şəhərinin cənubundakı Əl-Basel bəndinin yaxınlığında yerə eniblər. Agentlik iddia edir ki, vertolyotlarda təxliyyə edilənlər İŞİD-in komandirləri olub və onlar ABŞ-ın dəstəklədiyi “Suriya demokratik qüvvələri”nin (SDF) döyüşçülərinin yerləşdiyi mövqelərə aparılıblar. Mənbə bildirir ki. bu, ilk belə hal deyil.

Bundan öncə diplomatik mənbə RİA “Novosti”yə bildirmişdi ki, avqust ayında ABŞ HHQ Deyr-əz-Zor əyalətindən 20-yə yaxın İŞİD komandirini Suriyanın şimalına təxliyyə edib. O zaman da qeyd olunmuşdu ki, bu, ilk belə hal deyil. ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi həmin xəbəri təkzib etmişdi.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.