Now Reading:
“Alpinistlərin axtarışı davam etdirilir”-axtarış prosesində iştirak etmiş alpinist
Full Article 50 second read


“Gilavar” – hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun tapılması məqsədilə dekabrın 27-də başlanan axtarış işləri davam edir”.
Bu barədə bizimyol.info-ya axtarış prosesində könüllü iştirak etmiş alpinist Emil Vəliyev bildirib.

Onun sözlərinə görə, o, axtarış prosesin könüllü olaraq qoşulub: “İlk günlərdə axtarış prosesində iştirak edən alpinistlərin sayı çox idi. Təxmini 50 nəfər olardı. Son günlər bu say azalıb”.

E.Vəliyev deyib ki, axtarış prosesində iştirak edən həmkarları ilə mütəmadi əlaqə saxlamağa çalşır: “Fövqaladə Hallar Nazirliyinin təyin etdiyi proqramı ilə alpinistlər növbəli şəkildə axtarış prosesində iştirak edirlər. Hava şəraitindən asılı olaraq alpinistlər yola salınır və ya geri çağrılır”.

E.Vəliyev bildirib ki, axtarış prosesində iştirak edən alpinistlərin hər hansı bir xəsarət almayıb: “Axtarışlar Mahmuddərə adlanan ərazidə davam etdirilir. Xarici mütəxəssislər əməliyyat prosesində iştirak ediblər”.

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.