Now Reading:
Almaniyaya sığınan azərbaycanlı qadın özünü doğradı – Deportasiya olunacaqmış…
Full Article 1 minutes read


Almaniyadan deportasiya olunması barədə qərar çıxarılan Azərbaycan vətəndaşı intihara cəhd edib.

Hadisə yanvar ayının 28-də baş verib. Belə ki, Almaniya hökuməti Bamberq şəhərində yaşayan Kəmalə İmaməliyevanın sığınacaq istəyinə mənfi cavab verib və onun öz ölkəsinə – Azərbaycana qaytarılması barədə qərar çıxarıb. 23 yanvar 2018-ci il tarixində səhər saatlarında onu deportasiya etmək üçün təlimatandırılmış 30 nəfərə yaxın xüsusi əlcəkli və silahlı polis əməkdaşının K. İmaməliyevanın yaşadığı mənzilə daxil olması isə bədbəxt hadisə ilə nəticələnib. Soydaşımız deportasiya olunmasına etiraz əlaməti olaraq həmin şəxslərin qarşısında bıçaqla qarın nahiyəsinə bir neçə zərbə endirib. O, aldığı zədələrə görə əməliyyat keçirib, daha sonra ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib. Kəmalə İmaməliyevanın deportasiya qərarından ağır stress keçirdiyi bildirilir.

Məlumat üçün bildirək ki, Almaniyadan hər 10 geri göndərilmə prosesindən 1-i intihara cəhdlə nəticələnir. Bu cəhdləri nəzərə alaraq, Almaniya hökuməti bu ildən etibarən sığınacaq üçün müraciət etmiş şəxslər haqqında daha tez qərar verilməsi və geri göndərilmə prosesinin mümkün qədər tez həyata keçirilməsini planlaşdırır.(Bakipost.az)

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.