Now Reading:
Almaniyadakı referendum atəşfəşanlığına “səs-küy” cəzası
Full Article 30 second read

Almaniyadakı referendum atəşfəşanlığına “səs-küy” cəzası



Almaniyanın Köln şəhərində yaşayan türklər Türkiyədəki referendum nəticələrini böyük maşın karvanı ilə küçələrdən keçərək qeyd ediblər. Amma karvanı saxlayan yol polisi onlara asayişi pozduqlarını xatırladaraq, cərimə kəsib.

Türk bayraqları ilə bəzənmiş maşınlarla şəhər mərkəzindəki Friesenplatz səmtinə gələrək, karvanla irəliləmək istəyənlərə Köln polisi “səs-küy etdikləri” üçün pul cəzası verib. Polisin maneəsinə baxmayaraq, bəzi vətəndaşlar maşınların şüşələrindən çıxardıqları Türk bayraqları, mehtər marşları və mahnılarla referendum nəticəsini qeyd edib. Xüsusilə, Türklərin sıx yaşadığı səmtlərdə maşın karvanları siqnalları basılaraq referendum nəticəsini alqışlayıblar.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.