Now Reading:
“Allaha sakit səslə dua etsəm məni eşidər?”
Full Article 40 second read

“Allaha sakit səslə dua etsəm məni eşidər?”



Sakit səslə və ya pıçıltı ilə dua edə bilərsiniz. Uca Allah buyurur: “​Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!” (əl-Əraf, 55); “Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma”. (əl-Əraf, 205).

Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Özünüzə yazığınız gəlsin! Axı, siz kar və uzaqda olan (bir tanrını) çağırmırsınız. Həqiqətən, O, Eşi­dən­dir, Yaxındır və O, (həmişə) sizinlədir”. (əl-Buxari, 4205). Allaha dua etmək xeyirli əməl və ibadət sayılsa da, namazı əvəz etmir. Namaz qılmamaq isə ən böyük günahlardandır, ona görə də, dualarınızda Allahdan bağışlanma diləyərək tezliklə namaza başlayın.

 

zikr.az

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.